Dünya

Bloomberg: Dünya əhalisinin 75 faizinin vaksinasiyasına 4,5 il lazım gələcək

3 Mart 2021 20:04
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndiyə qədər dünyanın 107 ölkəsində insanlara koronavirus əleyhinə 245 milyon vaksin dozası vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bloomberg agentliyinin məlumatına əsasən, hazırda hər gün dünya üzrə təxminən 6,79 milyon insan COVID-19 infeksiyasına qarşı peyvənd olunur. Bu templə dünya əhalisinin 75 faizinin vaksinasiya edilməsi üçün təxminən 4,5 il vaxt lazım gələcək.

Yüz nəfər əhaliyə düşən vaksin dozasının miqdarına görə İsrail birinci pillədə qərarlaşıb (89.9 nəfər). Sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri (56,08 nəfər), Böyük Britaniya (31,58) və ABŞ (23,16) tutur.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının bu günə olan məlumatına əsasən, dünyada COVID-19 xəstəliyinə 115 milyon 76 mindən çox yoluxma və 2 milyon 552 mindən çox ölüm faktı qeydə alınıb, 90 milyon 797 min nəfər sağalıb. Müalicəsi davam edən 21 milyon 727 min nəfərdən 90 min 335-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.