Dünya

OPEC-in ilk baş katibi vəfat etdi

25 Fevral 2021 15:08
Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının keçmiş neft naziri Əhməd Zeki Yamani Londonda 90 yaşında dünyasını dəyişib.  

Milli.Az unikal.org-a istinadən bildirir ki, 1930-cu ildə Məkkədə anadan olan Yamani 1952-ci ildə Misirdə Qahirə Universitetində hüquq dərəcəsi alıb. Daha sonra o, Nyu-York və Harvard Universitetində magistr dərəcəsini tamamlayıb. 

Zeki Yamani "Neft Çağı"nın ən güclü simvollarından biri olub. Körfəz ölkələrini zənginləşdirən və ərəblərin İsrailə birlik ruhunu yüksəldən Zeki ABŞ-a qarşı neft embarqosuna yol açan ilk şəxs kimi də tanınır. 1973-cü ildə ərəb ölkələrinin ABŞ-ın İsrail ordusuna verdiyi dəstəyə qarşı elan etdiyi neft embarqosundakı roluna görə daha da məşhurlaşıb. 

O, həmçinin də, Səudiyyə Ərəbistanının uzun illərdir neft naziri vəzifəsində çalışmış OPEC Petrol İxrac edən Ölkələr Təşkilatının ilk baş katibi olub. Dünya siyasətində və enerji sektorunda buraxdığı dərin izlər buraxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.