Dünya

ÜST-ün mütəxəssisi ELAN ETDİ: İlin sonuna qədər...

24 Fevral 2021 20:40
Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi, Paster adına Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun tədqiqatlar üzrə direktor müavini Vladimir Dedkovun proqnozlarına görə, dünyada koronavirusla əlaqəli mövcud karantin rejimi daha bir il davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı alm Sankt-Peterburq telekanalına verdiyi müsahibədə danışıb.

"İlin sonuna qədər karantin rejiminin bitməsi ehtimalı azdır. Hər kəs xəstə və ya vaksinasiya olmaqla bu və ya digər şəkildə immunitet əldə edənə qədər bu, davam edəcək" , - ekspert qeyd edib.

Mütəxəssis ÜST-ün Uhandakı missiyasına da münasibət bildirib və əlavə edib ki, infeksiyanın dəqiq haradan gəldiyini tapmaq o qədər də asan deyil. Onun sözlərinə görə, xəstəliyi başqa bir bölgədən olan insan da Huanan bazarına gətirə bilər.

Dedkov daha təhlükəli bir COVID-19 ştammının ortaya çıxması ilə bağlı söhbətlərin spekulyativ olduğunu da vurğulayıb, çünki heç kim koronavirusun İngilis versiyasının daha zərərli olduğunu təcrübə yolu ilə sübut etməyib.

Bundan əvvəl ÜST kovidin yarasalar tərəfindən yayılmasını ən çox ehtimal olunan versiyası kimi qeyd edirdi. Mütəxəssislərin fikrincə, virus Cənub-Şərqi Asiyada və ya Cənubi Çində yarasalardan meydana gəldi və daha sonra bunlar vasitəsilə vəhşi heyvanların fermasına çatdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.