Dünya

Hüseynin 4 milyonluq maşınını soydular - VİDEO

15 Fevral 2021 15:36
Baxış: 1 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqqer Hüseyn Həsənovun avtomobilinə hücum olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə fenomeni öz instaqram səhifəsində məlumat verib. O qeyd edib ki, naməlum şəxslər "Gelandewagen" markalı avtomobilinin ön pəncərəsini sındıraraq əşyalarını götürüblər.

Hətta bloqqer izləyicilərinə də məsləhət verib: "Çantanızı heç vaxt ön oturacaqda qoymayın. Yoxsa bu cür halla qarşılaşacaqsınız".

Qeyd edək ki, H. Həsənov sözügedən avtomobili ilə bağlı tez-tez gündəmə gəlib. O, bir neçə ay bundan əvvəl kortejlə avtoşluq edib, Moskva polisi tərəfindən saxlanılıb.

Onun qırmızı rəngli "Gelandewagen"inin qiyməti 4 milyon rubldur (92 400 AZN).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.