Dünya

Həkimlər Trampa süni tənəffüs aparatı qoşmaq istəyib

12 Fevral 2021 19:30
Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp koronavirusa yoluxduğu zaman həkimlər ona süni tənəffüs aparatı qoşmaq istəyiblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mənbənin sözlərinə görə, keçmiş dövlət başçısının xəstəliyi ictimaiyyətə açıqlanandan daha ağır şəkildə keçib. Həkimləri xüsusən Trampın qanında oksigenin səviyyəsinin 90 faizdən aşağı olması narahat edib.

Bundan əlavə, Trampın vəziyyəti ilə tanış olan mənbələr nəşrə sabiq prezidentin ağciyərlərində iltihab, maye və bakteriya toplanması zamanı baş verən infiltrat aşkarlandığını bildiriblər. Həmin vaxt rəsmilər Trampın süni tənəffüs aparatına qoşulmalı olduğunu hesab ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.