Dünya

Bill Qeyts yenə dinc durmur: "Çoxsaylı insan qurbanları olacaq"

7 Fevral 2021 18:15
Baxış: 2 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft"un banisi, Amerika sahibkarı Bill Qeytsin bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbər verib.

Milli.Az ucnoqta.az-a istinadən bildirir ki, Qeytsin sözlərinə görə, bəşəriyyəti yeni təbii kataklizmlər gözləyir. "Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq", - iş adamı deyib.

O, bioterrorizmi böyük təhlükə adlandırıb.

"Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər", "Microsoft"un qurucusu bildirib.

Daha əvvəl isə sosial şəbəkələrdə və onlayn mediada Bill Qeytsin pandemiyanın başlanğıcında iştirakı haqqında iddialar irəli sürülüb. Lakin Bill Qeyts bunları təkzib edib. Sahibkar bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.