Dünya

“Koronavirus pandemiyası 7 il davam edəcək” - Bloomberg

6 Fevral 2021 08:50
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasının sönməsi üçün Yer əhalisinin 75%-ni peyvəndləmək lazımdır, buna isə indiki templə yeddi il lazım olacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" bildirir.

Agentliyin məlumatına görə, dünyada gündəlik olaraq "COVID-19"a qarşı 4,5 milyondan çox vaksin vurulur. Nəzərə alsaq ki, hər insana preparatın iki dozu vurulmalıdır, demək, planetin böyük hissəsinin peyvəndlənməsi üçün təxminən yeddi il lazım olacaq.

ABŞ-da bu proses 11 ay davam edəcək. Orada gün ərzində 1,3 milyon peyvənd vurulur. Problemin öhdəsindən daha yaxşı əhalisinin 21%-i vaksinasiya olunmuş İsrail (hər 100 nəfərə 58 doz) və Birləşmiş Ərəb Əmirlikləri (hər 100 nəfərə 35,8 doz) gəlir.

Qeyd olunur ki, bəzi ölkələrdə isə hələ də heç kim peyvənd olunmayıb. Koronavirusa qarşı vaksinin yayılması prosesi nə vaxtsa bəşəriyyət qarşısında duran ən mürəkkəb logistik məsələ olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.