Dünya

Bayden Çini ABŞ-ın ən böyük rəqibi adlandırdı

5 Fevral 2021 11:45
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Bayden Çini ABŞ-ın əsas rəqibi adlandırıb və Vaşinqtonun Pekinlə "güc mövqeyindən" rəqabət aparacağına dair vəd verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ prezidenti Co Bayden ölkənin xarici siyasəti üzrə Dövlət Departamentindəki nitqində bildirib.

"Mən, həmçinin çiçəklənməyimizə, təhlükəsizliyimizə və demokratiyamıza qarşı etdiyi təhdidlərlə bağlı ən böyük rəqibimiz Çinlə birbaşa məşğul olacağam. Çinin iqtisadiyyatdakı inhisarçılığını məhdudlaşdıracağıq, təcavüzkar hərəkətlərinə və şantajına qarşı çıxacağıq və Çinin insan haqlarına, intellektual mülkiyyətə və qlobal idarəetmə təcrübələrinə qarşı hücumları ilə mübarizə aparacağıq. Ancaq Amerika maraqlarına uyğun olacağı halda, Pekinlə işləməyə də hazırıq. Biz güc mövqeyindən rəqabət aparacağıq", - Bayden belə deyib.

Qeyd edək ki, Çin indiyədək Baydenin bütün ittihamlarını rədd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.