Dünya

İtaliya hökuməti restoran və barları açmağa məcbur oldu

4 Fevral 2021 13:41
Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada sahibkarların və ölkə sakinlərinin davamlı etirazından sonra rəsmi qurumlar koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətləri yumşaltmağa məcbur olublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir aylıq ümumxalq karantinindən sonra İtaliyada restoranlar və barlar açılıb, muzeylər fəaliyyətini bərpa edib.

Lakin ictimai iaşə obyektlərinin sahiblərinə yalnız axşam saat 18:00 qədər işləmək icazəsi verilib.

Xatırladaq ki, İtaliya koronavirusdan ən çox zərər çəkmiş Avropa ölkələrindən biridir.

Son məlumata əsasən, 2,5 milyondan çox insan COVID-19-a yoluxub, 89 820 xəstə pandemiyanın qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.