Dünya

“Peyvəndin təsir etmədiyi mutasiya ortaya çıxarsa, hər şeyi sıfırdan başlayacağıq”

2 Fevral 2021 16:41
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Kansleri Angela Merkel COVID-19-a qarşı peyvəndlə təmin edilmək, peyvəndləmə zamanı yaşanan narahatlıqlar barədə qiymətləndirmələr edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, o bu haqda Avropa İttifaqı (Aİ) Komissiyasının videoformatda keçirilən iclasında danışıb.

Merkel bildirib ki, peyvənd istehsal edən şirkətlərin il ərzində nə qədər vaksin tədarük etmələri əvvəldən bəlli olur.

O, hazırda Aİ-də üç şirkətin peyvənd istehsalı üçün təsdiqləndiyinə diqqət çəkərək qeyd edib ki, digər şirkətlər peyvənd təsdiqini ala bilməsə belə, hökumət bu ilin yayına qədər hər bir vətəndaşa vaksin təqdim edəcək.

Merkel uşaqlara vurulmayacağına görə, peyvəndin Almaniyada 73 milyona yaxın insana lazım olduğunu deyib.

Peyvənd prosesinin planlı hala gətirilməsi üçün Almaniyada "Milli Peyvənd Planı" hazırlanacaq.

O, peyvəndlə bağlı dəqiq fikirlərin olmadığını da dilə gətirib: "Peyvəndin təsir etmədiyi, mutasiya etmiş bir növ ortaya çıxarsa, hər şeyə yenidən başlayacağıq", - Merkel bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.