Dünya

Türkiyə F-16 qırıcı təyyarələrinin gücünü artıracaq

31 Yanvar 2021 17:56
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə özünün havadan müdafiə sənayesində əsas qüvvəsi olan F-16 təyyarələrinin struktur müddətini 12 min saata qədər artırır.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi  İdarəsinin rəhbəri İsmail Dəmir Twitter səhifəsindən etdiyi paylaşımda bu barədə bildirib:

"Hər təyyarədə 1200-1500 ədəd struktur hissənin yenilənməsi və düzəldilməsi üçün mühəndislik işləri aparılır. Lazım olan yerlərdə təmir və dəyişdirmə yolu ilə gövdə möhkəmlətmə tətbiqləri də həyata keçiriləcək".

İsmail Dəmir bildirib ki, bu layihə Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən icra olunur: "Layihədə havadan  müdafiə sənayesində əsas qüvvəmiz olan n F-16 təyyarələrinin struktur müddətini 8 min saatdan 12 min saata qədər artırmaq da hədəfimizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.