Braziliyada eyni vaxtda yeni koronavirusun iki mutasiyasına yoluxma qeydə alınıb.
Milli.Az xəbər verir ki,bu xəstələrdə COVID-19-un yüngül simptomları olub, birində quru öskürək, digərində isə öskürək, boğaz və baş ağrısı müşahidə edilib.
Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qeyd edək ki, Braziliya COVID-19 xəstələrinin sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkənin doqquz milyondan çox sakinində koronavirus qeydə alınıb, virusdan ölüm sayı isə 200 mini keçib. /medicina.az
Milli.Az