Dünya

İranla İsrailin münasibətləri yenə gərginləşir

28 Yanvar 2021 13:46
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran nüvə obyektlərini hücumla təhdid edən İsrailə sərt reaksiya verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İran Baş Qərargah rəsmisi Ebulfazl Çikarçi İsrail Baş Qərargah rəisi Əviv Koçavinin açıqlamasına cavab verib.

Təhdidləri "psixoloji müharibə" və ya "səhv" olaraq qəbul etdiklərini söyləyən Çikarçi "ən kiçik səhvlərində raket bazalarını, Haifa və Təl-Əviv şəhərlərini məhv edə bilərik",- deyə bildirib.

O, İranın nüvə proqramının tamamilə təhlükəsiz olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, Koçavi ötən gün mətbuat konfransındakı çıxışında orduya İranın nüvə proqramının qarşısını almaq üçün yeni əməliyyat planları hazırlamağı əmr etdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.