Dünya

Sərt karantin rejiminin uzadılması Avstriyada etirazlara səbəb oldu

17 Yanvar 2021 17:56
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada sərt karantin rejiminin uzadılması etirazlara səbəb olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ölkənin paytaxtı Vyanada koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərə qarşı etiraz aksiyası keçirilir. Məlumata görə, hökumətin virusla mübarizə çərçivəsində gördüyü tədbirlərə etiraz edən 50 min nəfər şəhərin mərkəzinə toplaşıb. Etraz aksiyasında baş verə biləcək insidentin qarşısını almaq üçün əraziyə xeyli sayda polis cəlb edilib, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatrıladaq ki ki, Avstriya hökuməti sərt karantin rejimini 7 fevrala qədər uzatmaq haqqında qərar verib. Qeyd edilib ki, 8 fevraldan etibarən karantindən mərhələli çıxış, ticarət mərkəzləri, xidmət müəssisələri və muzeylərin açılışına icazə verilməsi planlaşdırılır. Bununla birlikdə, hakimiyyət orqanları əhalini koronavirusdan qorunmaq üçün adi tibbi maskalar əvəzinə mağazalarda peşəkar tənəffüs maskaları taxmağı məcbur edəcəklər.
Həmçinin məktəblər 8 fevrala qədər bağlı qalacaq. İaşə müəssisələri və otellər fevral ayının sonuna qədər açılmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.