Dünya

Böyük Britaniyada sağlamlıq pasportlarının verilməsinə dair danışıqlar aparılır

15 Yanvar 2021 19:59
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyadakı bəzi texnologiya şirkətləri ölkə daxilində işçilərin koronavirus epidemiyasına görə müvəqqəti dayandırılan işlərinə qayıtmalarını təmin etmək üçün sağlamlıq pasportlarının verilməsinə dair hökumətlə danışıqlar aparır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Onfido" biometrik şirkət COVID-19 testləri və üz tanıma texnologiyasından istifadə edərək sağlamlıq pasportlarının bir neçə ay ərzində hazır ola biləcəyini açıqlayıb.

Şirkət rəsmiləri pasportların verilməsinə görə antikoronavirus testlərindən və ya mövcud infeksiyanı göstərən antigen testlərindən istifadə edilə biləcəyini bildiriblər.

Qeyd edək ki, Krallığa təklif edilən sağlamlıq pasportu bəzi ölkələrdə sınaqdan keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.