"Art Weekend" festivalı çərçivəsində Rəssamlıq Akademiyasında açıq qapı günləri keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "Bakıya uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") incəsənət festivalı çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında açıq qapı günləri keçirilib.
Milli.Az xəbər verir ki, ziyarətçilər böyük maraqla rəssamlıq, qrafika, heykəltəraşlıq, bədii toxuculuq və keramika ixtisasları üzrə emalatxanalarda gedən tədris prosesini izləyiblər. Qonaqlar təqdim olunan ixtisasların bədii-estetik xüsusiyyətlərini və müxtəlifliyini heyranlıqla qeyd ediblər.
Rəssamlıq emalatxanasında gələcək rəssamların plastik həllərinin nümayişi və natürmort üzərində iş prosesi xüsusi təəssürat yaradıb. Heykəltəraşlıq emalatxanasında isə ziyarətçilər adi gil, plastilin və ya daşdan sənət əsərinin - insan portreti və ya fiqurasının - necə yarandığını maraqla izləyiblər.
Qrafika kafedrasında tədris prosesi də böyük marağa səbəb olub. Kağız, ağac, metal və daş üzərində müxtəlif texnika və materiallarla hazırlanmış tələbə işləri, xüsusilə qravür nümunələri qonaqların diqqətini cəlb edib.
Azərbaycanın qədim və canlı sənət növü olan xalçaçılıq, eləcə də bütün dünyada məşhur olan qobelen sənəti (əllə toxunan dekorativ təsviri sənətin bir növü-red) də diqqət mərkəzində olub.
Ziyarətçilər xalça və ya qobelenin yaradılma prosesini addım-addım izləmək imkanı əldə ediblər. Keramika emalatxanasında isə tələbələrin yaradıcı yanaşmaları və orijinal işləri qonaqlarda böyük maraq doğurub.
Ziyarətçilərin əksəriyyətini məktəblilər təşkil edib ki, bu da onların incəsənət ixtisaslarına olan maraq və meylini göstərir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Məktəblərdə payız tətili başa çatıb
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
-
Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video)
-
Prezident İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir (Video)
-
10 gündə 4,2 kilo arıqladan "Yapon pəhrizi": 10 günlük menyu və qaydalar
-
Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı





