Dünya

Məşhur “qanuni oğru” həbsxanada öldü

3 Noyabr 2025 17:10
Baxış: 907
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın Bretan əyalətində yerləşən Renn şəhərində tanınmış gürcü qanuni oğru Kaxaber Alşibaya (Kaxa Zuqdidi) həbsxanada vəfat edib.

Milli.Az xəbər verir ki, məlumata görə, Kaxa Zuqdidi ziyalı ailəsində anadan olub, lakin onun iki qardaşı da cinayətkar olub.

Kaxa 1992-ci ildə "qanuni oğru" statusu almazdan əvvəl Sovet İttifaqının Moskva və Leninqrad şəhərlərində bir neçə dəfə oğurluq ittihamı ilə məhkum olunub.

O, Batumidə keçirilən və tanınmış "oğru" Zuri Tsintsadzenin 50 illik yubiley toplantısında da iştirak edən şəxslərdən biri olub. 

Kaxa Zuqdidi ictimaiyyət arasında az tanınsa da, o, Saakaşvili dövründəki repressiyalardan əvvəl Fransaya köçən ilk gürcülərdən biri idi və orada öz cinayət şəbəkəsini idarə edirdi. 

Məlumata görə, Kaxa uzun illər narkotik asılılığından əziyyət çəkib, lakin onun ölümünə səbəb bu olmayıb. Cinayətkar aləmin "generalı" həbsxanada olarkən diaqnoz qoyulan ağciyər xərçəngindən dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.