İdman

Qurban Qurbanov onu satmaq istəmir

27 Dekabr 2025 12:20
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" adı Braziliyanın "Vitoriya" klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

Milli.Az Futbolpress.az-a istinadla xəbər verir ki, "atlılar" 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir. Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.

"Sambaçı"ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən "Vitoriya" "Qarabağ"la rəsmi təmasa keçməyib.

Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın "Lokomotiv" klubundan "Qarabağ"a keçib. O, bumövsüm 23 oyunda 1 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.