2026-cı ildə benzin və digər yanacaq növləri bahalaşa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda yanacaq qiymətlərinin artırılacağıilə bağlı müzakirələr geniş vüsət alıb. Bəzi ekspertlər bildirirlər ki,bu artım dünya neft qiymətlərindən, idxal çətinliklərindən, idxal mənbələrinin dəyişməsindən və Tarif Şurası kimi dövlət qurumlarının qərarlarından asılıdır, Ekspertlər ilin sonunda və yeni ildə yanacaq qiymətlərinin necə olacağı ilə bağlı fərqli proqnozlar səsləndirirlər.
Bəs görəsən, Azərbaycanda 2026-cı il üçün yanacaq qiymətləri artırıla bilərmi?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov konkret.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yanacaq da daxil olmaqla bütün strateji məhsulların qiymətlərini tənzimləyən orqan Tarif Şurasıdır. Yanacaq qiymətlərində istənilən dəyişiklik məhz bu qurumun qərarı əsasında həyata keçirilir:
"Qiymət dəyişikliyinin əsaslandırılması üçün sahə üzrə fəaliyyət göstərən qurum, yəni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edir. Bu müraciətdə adətən qeyd olunur ki, mövcud satış qiymətləri xərcləri ödəmir və şirkət zərərlə işləyir. Belə hallarda Tarif Şurası həmin təklifləri qiymətləndirərək müvafiq qərar verir. Böyük ehtimalla, 2025-ci ildə SOCAR Tarif Şurasına müraciət edib və qiymət artımı məsələsi 2026-cı ildə müzakirəyə çıxarıla bilər. Bundan əlavə, Vergi Məcəlləsində yol vergisi ilə bağlı müəyyən dəyişikliklərin nəzərdə tutulduğu görünür. Bildiyiniz kimi, istənilən məhsul və ya xidmətin yekun qiyməti onun maya dəyəri və tətbiq olunan vergilər əsasında formalaşır. Beləliklə, vergi yükündəki dəyişikliklər, xüsusən də yol vergisi ilə bağlı artımlar, yanacağın qiymətinə təsir göstərə bilər".
İqtisadçının sözlərinə görə, nəzərə almaq lazımdır ki, 95 markalı benzin Azərbaycanda istehsal olunmur və əsasən xaricdən, xüsusilə də Şərqi Avropa ölkələrindən və Rumıniyadan idxal olunur:
"Bu isə bizi idxal qiymətlərindən asılı vəziyyətə salır. Bütün bu faktorlar qiymət artımı ehtimalını artırır. Lakin yekun qərar yalnız Tarif Şurası tərəfindən qəbul olunur. Hazırkı reallıqları və qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri nəzərə aldıqda demək olar ki, yaxın gələcəkdə yanacaq qiymətlərində artım ehtimalı yüksəkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi (TAM ÇIXIŞ)
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)





