Keçən gecə İrəvan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində altı maşın bir-birinə dəyib. Xəsarət alanlar arasında uşaqlar da olub.
Milli.Az-ın məlumatına görə, hadisə Komitas və Vaqarşyan küçələrinin kəsişməsində baş verib və qəzanın baş verməsi zamanı təcili tibbi yardım avtomobili də hadisə yerində olub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir.
Milli.Az





