Hadisə

4 ildir Xəlil Göyüşovun qəbuluna düşə bilmirəm - "42 kq dəmir başıma düşdü, "işə yaramırsan" deyib məni çıxartdılar"

27 Dekabr 2025 12:30
Baxış: 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaş iş zamanı ağır xəsarət alsa da, "Körpü-Bina Tikinti" şirkəti ona yardım göstərmir.

Bununla bağlı Milli.Az-a Novruz Abdullayev şikayət edib.

Şikayətçi bildirir ki, sözügedən şirkətdə buldozer operatoru kimi çalışıb. Onun sözlərinə görə, buldozeri Abşeron rayonu, Xırdalan ərazisində yerləşən qaraja təmirə aparan zaman məcburi şəkildə traktorun təmirinə cəlb edilib. Təmir prosesi zamanı 42 kiloqramlıq dəmir parçası başına düşüb.

Nəticədə iki gün komada qalmaqla, ümumilikdə 22 gün xəstəxanada yatıb. Bildirir ki, Şamaxinka ərazisində yerləşən "Element" adlı özəl xəstəxanada müalicə alıb. Hazırda iş qabiliyyətini itirib, baş nahiyəsində şiş və kista aşkar edilib.

Şikayətçinin sözlərinə görə, baş verən hadisəyə baxmayaraq, şirkət tərəfindən ona heç bir tibbi və maddi dəstək göstərilmir. Dəfələrlə müraciət etsə də, şirkətin rəhbəri Göyüşov Xəlilin qəbuluna buraxılmadığını deyir. Artıq dörd ildir Bakıya gəlib-getdiyini, lakin rəhbərliklə görüşə bilmədiyini iddia edir. Bildirir ki, əvəzində hədə-qorxu ilə üzləşir.

Şikayətçi hazırda ağır maddi vəziyyətdə olduğunu, işləyə bilmədiyini, kredit və borclar içində qaldığını vurğulayır. Onun sözlərinə görə, şirkət tərəfindən "işə yaramırsan" deyilərək işdən çıxarılıb və yalnız 5 min manat məbləğində pul verilib.

Şikayətçi aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və ona köməklik göstərilməsini xahiş edir.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.