Prokurorluq və vəkillik institutu bir-birinə çox yaxındır. Vəkillik cəmiyyətin tərkib hissidir.
Milli.Az xəbər verir ki, bu fikirləri bu gün Baş prokuror Kamran Əliyev Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimində çıxışı zamanı deyib.
Baş Prokuror əlavə edib ki, müxtəlif ölkələrin hüquq sitemindən asılı olaraq dövlətlərdə vəkillik institutlarının rolları müxtəlifdir:
"Fəxrlə qeyd edirəm ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Vəkillik İnstitutunun dinamikası müsbətə doğru dəyişib".
Onun sözlərinə görə, yaxşı istintaqçı daim savadlı vəkillərin bilik və bacarıqlarından yararlanmalıdır.
"Bəzən deyirlər vəkillər və prokurorlar müxtəlif cəbhələrdədir. Lakin prokuror və vəkil bəzən bir cəbhədə olurlar. Bu mənada həmin fikir bir qədər səhvdir", - o vurğulayıb.
Milli.Az





