"Başqası da deyə bilər ki, qızımı mini yupkada göndərəcəm" - Azər Həsrət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məktəblərdə baş verən hər bir hadisə cəmiyyətin ciddi şəkildə diqqətini cəlb edir. Bu da təbiidir. Çünki Azərbaycan cəmiyyəti savadlıdır. Ümumiyyətlə, bizim dövlətimiz və xalqımız həqiqətən də müasir dövrlə ayaqlaşmaq üçün əlindən gələni edir. Yəni insanlarımız çalışır ki, maariflənsinlər, təhsil alsınlar, dünya xalqları ilə ayaqlaşa bilsinlər və bu baxımdan, əlbəttə ki, təhsillə bağlı məsələlərə diqqət vermək anlaşılandır".
Milli.Az xəbər verir ki, bu sözləri media eksperti Azər Həsrət deyib.
O qeyd edib ki, bəzən məktəblərdən şəkillər, videolar paylaşılır və həmin görüntülərdə insanın diqqətini cəlb edən əsas məqam uşaqların dini formada geyindirilməsidir:
"Biz əlbəttə kimsənin dininə, məzhəbinə qarışmırıq. Mən dəfələrlə demişəm ki, heç kimin başqa birisinin dini seçiminə qarışmaq ixtiyarı yoxdur. Amma bir məsələ də var ki, Azərbaycan dünyəvi dövlətdir, məktəblər də bu dünyəvi dövlətin dünyəvi məktəbləridir. Bu isə o deməkdir ki, həmin məktəblərdə dünyəvi qaydalar üstün olmalıdır".
Ekspertin sözlərinə görə, bəzi adamlar iddia edir ki, dini seçimləri var və məktəbdə də o cür davranmaq haqqı var. A.Həsrət bunu doğru hesab etmir. Əlavə edib ki, məktəblinin məktəbli forması olmalıdır. Əgər hər kəs istədiyi kimi geyinib məktəbə getsə, onda cəmiyyətdə birlik, bərabərlik və həmrəylik duyğuları aşılana bilməz:
"Əgər biz kiminsə dini baş örtüyü ilə məktəbə getmə haqqını tanıyırıqsa, başqası da deyə bilər ki, "mən də qızımı mini yupkada göndərəcəm. Bu da mənim hüququmdur". Bu zaman nə deyəcəksiniz? Əgər biz kiminsə dini baş örtüsü ilə məkətəbə getmək haqqını tanımaq məcburiyyətindəyiksə, başqasının da mini yupka ilə məktəbə getmək hüququnu tanımaq məcburiyyətində olmalıyıq. Seçim azaddırsa hamı üçün eyni olmalıdır. Amma söhbət məktəbdən, nizam-intizamdan və vahid təhsil sistemindən gedirsə, geyim məsələsində ciddi olmalıyıq. Məktəbə məktəbli forması ilə gedilməlidir. Qız və ya oğlan fərq etmir. Etik hədləri aşmayan,müvafiq standartlara uyğun geyim forası elan edilib. Hamımız da görmüşük. Qızlar üçün də, oğlanlar üçün də çox əxlaqlı, ədəbli geyimdir. Niyə insanlar uşaqlarını bu formada məktəbə göndərməsin? Vacıbdir ki, adını dini geyim qoyaraq, farslardan, ərəblərdən mənimsədiyiniz geyimdə göndərəsiniz?".
Azərbaycanda bəzilərinin dini geyim adı altında ərəb və fars geyimlərini geyindiklərini müşahidə etdiyini söyləyib. Onun sözlərinə görə, bu geyimlər Azərbaycanın milli kimliyinə və mentalitetinə uyğun deyil:
"Quran kitabının harasında dini geyimin təfsiri verilib? Yaxud onun necə olmasının standartı müəyyənləşdirilib? Bizim məktəbli forması yetərincə ədəblidir".
A.Həsrət hesab edir ki, müəllimlər üçün də vahid forma tətbiq edilməlidir. Bəzi məktəblərdə bunun olduğunu da diqqətə çatdırıb:
"Amma bəzi məktəblərdə üz-gözündən fanatizm yağan qadınlar görürük ki, din adı altında geyiniblər. Həmin geyimlərin İslam dini ilə əlaqəsi yoxdur. Baxırsınız ki, farslar, ərəblər kimi geyinib".
Ekspert vurğulayıb ki, həm şagirdlər, həm müəllimlərlə bağlı qərar qəbul edilməlidir:
"Din məsələsi ümumiyyətlə seçimdir. Uşaqlara zorla hansısa dini yanaşmanı yeritmək olmaz. Məktəb isə dövlətin qanun və qaydalarına uyğun fəaliyyət göstərməlidir. Buna görə də hesab edirəm ki, məktəblərdə vahid forma tətbiqi vacibdir və qaydalar daha dəqiq şəkildə tənzimlənməlidir".
Onun fikrincə, dini geyimdə olan uşaqlar məktəbərə qəbul edilməməlidir:
"Mən uşaqları məktəbə buraxmayın deyə çağırış etmirim. Onsuz da dindar ailələrin bir hissəsi qızlarını məktəbə buraxmır. 5-ci sinifdən başlarını bağlayıb,məktəbə qoymurlar ki, başqa oğlanlarla oxumasın. Naməhrəmdir. 21-ci əsrdə belə cahil insanlar hələ də qalmaqdadır. Dövlət bu məsələlər əl qoymalıdır. Şəxsən tanıdığım adamlar var ki, uşağın başını bağlayıb məktəbə göndərib. Uşaq da yazıq-yazıq adama baxır ki, "Məni xilas edin". Niyə dünyəvi dövlətdə 3-5 adam dini qaydaları diktə edə bilir? Dövlətin daha sərt tədbirlər görməsi lazımdı. Biz müasir dünyəvi Azərbvaycanı ona görə qurmamışıq ki, kimlərsə, gəlib öz cahil ideyalarını din adı altında sırıyıb cəmiyyəti pozsunlar. İranın din adı altında getdiyi yolu hamımız görürük. Əfqanıstan da həmçinin. Biz Azərbaycanın həmin dövlətlərdən biri olmasını istəmirik. Dövlət sərt qaydalar tətbiq etməlidir ki, heç kim bir-birindən fərqlənməsin. Ədəb-əxlaq çərçivəsində müəllim və şagirdlər vahid formada olmalıdır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
General qızı ilə bağlı qərar verildi
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)





