Cəmiyyət

DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar

17 Fevral 2026 15:30
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proqramı təqaüdçülərinin əməyi dayanır. 

Milli.Az xəbər verir ki, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir.

Prezidenti universitetin doktorantura tələbəsi Turan Abbaszadə, vitse-prezidenti isə magistrant Samin Hüseynov olan cəmiyyətdə təqaüdçülərimiz geniş şəkildə təmsil olunurlar - onların sırasında Ülkər Fərzəliyeva, Cavid Seyfulalı, Zöhrə Əhmədova, Murad Alməmmədov və Camal İsmayılov da yer alır.

DP təqaüdçülərimiz yalnız fərdi akademik uğurlarla kifayətlənmir, eyni zamanda ölkəmizi qlobal arenada təmsil edən dəyərli təşəbbüslərə imza atırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.