Dünya

Mark Trampın sosial şəbəkə hesablarını dondurdu

8 Yanvar 2021 09:19
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın hazırkı prezidenti Donald Tramp səlahiyyətlərinin bitmə müddətinə qədər "Facebook" və "Instagram"da yazmaq hüququndan məhrum olacaq.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberqin bəyanatında bildirilir:

"Donald Trampın xidmətlərimizdən istifadə etməsinin riskli olduğunu hesab edirik. Buna görə də onun feysbuk və instaqram hesablarının bloklanması müddətini 2 həftəlik uzadırıq".

Qeyd edək ki, 2 gün əvvəl ABŞ Konqresi iclas zamanı hazırkı prezident Donald Trampın tərəfdarlarının hücumuna məruz qalıb. İğtişaşlar nəticəsində 4 nəfər ölüb, 52 şəxs saxlanılıb. Vaşinqtonda komendant saatı elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.