Dünya

Baydendən Vaşinqtondakı iğtişaşlara REAKSİYA

7 Yanvar 2021 13:00
Baxış: 1 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Demokratlardan prezidentliyə namizəd olan və səsvermədə qalib çıxan Co Bayden bir gün əvvəl Vaşinqtonda baş verən hadisələrə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, siyasətçi baş verənlərin demokratiyanın bütün kövrəkliyini nümayiş etdiyini bilidirib.

Bayden bu hadisələrin, həmçinin demokratiyanın "cəsur liderlərin" müdafiəsinə ehtiyacı olduğu faktını göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu rolu yalnız yaxşı niyyətli və ümumi rifah üçün çalışan insanlar öz üzərlərinə götürə bilər.

"Demokratiyanı şəxsi maraqlarını güdən, hakimiyyətə həris olan insanlar qoruya bilməz", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.