Dünya

Koronavirusun “Britaniya ştammı” yeni ölkələrə “ayaq açmaqda” davam edir

3 Yanvar 2021 11:20
Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vyetnamda koronavirusun "Britaniya ştammı"na ilk yoluxma halı qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, yeni ştamm dekabrın 22-də  Böyük Britaniyadan qayıdan Vyetnam sakinində aşkarlanıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Türkiyədə, Çində, Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, ABŞ-da və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

"Britaniya ştammı" 70 faiz daha yoluxucudur, buna görə də daha təhlükəli sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.