Vyetnamda koronavirusun "Britaniya ştammı"na ilk yoluxma halı qeydə alınıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, yeni ştamm dekabrın 22-də Böyük Britaniyadan qayıdan Vyetnam sakinində aşkarlanıb.
Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Türkiyədə, Çində, Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, ABŞ-da və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.
"Britaniya ştammı" 70 faiz daha yoluxucudur, buna görə də daha təhlükəli sayılır.
Milli.Az