Dünya

COVID-19-un “Britaniya ştammı” Çinə də çatdı

1 Yanvar 2021 11:58
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada aşkarlanan COVID-19-un yeni ştammına Çində rast gəlinib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "China Daily" qəzeti bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatına istinadən məlumat yayır.

Bir həftə əvvəl Çinin COVID-19-un yeni bir növünün qeydə alındığı Britaniya ilə uçuşlarını müvəqqəti dayandırmağa qərar verdiyi bildirilib.

Hesab edilir ki, o, adi formadan daha təhlükəli deyil, ancaq əhəmiyyətli dərəcədə daha sürətlə yayılır.

Çin pandemiyanın başlanğıcında ilk koronavirus ocağı oldu, lakin bu günə qədər Britaniya da daxil olmaqla bir sıra digər ölkələrdə qeydə alınan yoluxma hadisələrinin sayı əhəmiyyətli dərəcədə çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.