Dünya

"Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz" - Erməni deputat

28 Dekabr 2020 20:09
Baxış: 1 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz".

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu fikirləri parlamentdə komissiya sədrliyindən kənarlaşdırılması məsələsinin müzakirə qoyulması ilə bağlı deputat Naira Zohrabyan bildirib. Müxalif Çiçəklənən Ermənistan Partiyasını təmsil edən parlamentari Paşinyan tərəfdarlarını "zibil" adlandırdığına görə çoxluğa malik hakim fraksiya tərəfindən insan haqları üzrə daimi komissiyanın rəhbəri postundan kənarlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb.

"Hazırda Nikol Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz. Bu xain daha hansı əraziləri Azərbaycana verəcək? Gəlin, bundan danışaq", - deyə Zohrabyan etiraz edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.