Dünya

Aİ Türkiyəyə 485 milyonluq yardım etdi

25 Dekabr 2020 14:54
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) 2021-ci ildə Türkiyəyə miqrantlara dəstək olmaq üçün maliyyə ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aİ Komissiyasının məlumatına əsasən, Türkiyədəki qaçqınların əsas ehtiyaclarını qarşılamaq və uşaqların təhsilini maliyyələşdirmək üçün iki layihə hazırlanıb.

2021-ci ildə Türkiyədə yaşayan qaçqınlar üçün 485 milyon avroluq proqramların tərtib edildiyi ifadə edilib.

Açıqlamada həmin vəsaitlə 1.8 milyon qaçqının ehtiyacının təmin ediləcəyi və 700 mindən çox uşağın təhsili üçün dəstək veriləcəyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.