Sosial media nəhəngi "Twitter" rəsmi prezident hesabı olan "@Potus"u sıfır izləyici ilə ABŞ prezidenti seçilən Co Baydenə təhvil verəcək.
Milli.Az unikal.org-a istinadən bildirir ki, ABŞ prezidenti Donald Trampın izləyiciləri Bayden və Ağ Evin rəsmi "Twitter" hesablarına köçürülməyəcək.
Bayden ABŞ prezident hesabı olan "@Potus" sıfır izləyici lə təhvil alacaq. Hazırda Baydenin şəxsi "Twitter" hesabında 21,7 milyon izləyicisi var. "@Potus"un isə 33,2 milyon izləyicisi var.
Əsasən şəxsi "Twitter" hesabından istifadə edən Trampı 88,5 milyon sosial media istifadəçisi izləyir.
Milli.Az