Dünya

ÜST rəsmisi: Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında uzun müddət hiss olunacaq

20 Dekabr 2020 20:19
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislərin fikrincə, koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında hələ uzun müddət hiss olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri doktor Hans Klyuqe bəyan edib.

O xatırladıb ki, Beynəlxalq Əmək Təşkilatları tərəfindən aparılan sorğulara görə, 19-29 yaşında olan hər ikinci gənc həyəcan və ya depressiya yaşayır. ÜST-nin təmsilçisi vurğulayıb ki, bu tendensiya digər yaş qruplarına da aiddir. Adətən belə xəstəliklər tez-tez və daha kəskin formada qış aylarında baş verir ki, bu da pandemiya fonunda əhalinin sağlamlığı üçün çox ciddi təhlükə yarada bilər.

H.Klyuqenin fikrincə, Yeni il öncə ən yaxşı hədiyyə - insanların həm öz, həm də başqalarının psixi sağlamlıqlarının qayğısına qalmaq ola bilər.

O, sosial resursları əhalinin ən həssas qruplarının dəstəyinə səfərbər etməyi təklif edib. Bundan başqa, ÜST-nin Avropa bürosunun rəhbəri region hökumətlərini insanların psixi sağlamlığının qorunması proqramlarına vəsait qoymağa çağırıb: "Vaksinlərin artıq əlçatan olması uğurlu gələcəyə ümidimizi artırır. Amma hələ bir neçə ay da dözməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.