Dünya

"Satqınların burada işi ola bilməz" - Veteranlar Paşinyanı məzarlığa buraxmaq istəmədilər - VİDEO

19 Dekabr 2020 15:01
Baxış: 3 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İkinci Qarabağ savaşında ölənlərlə bağlı Ermənistanda bugündən etibarən 3 günlük matəm elan olunub.

Bir qədər əvvəl Paşinyan başda olmaqla Respublika meydanından Yerablur məzarlığına (burada ermənilərin qəhrəman saydıqları şəxslər dəfn olunub) yürüş başlayıb.

Milli.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Birinci Qarabağ savaşının veteranları satqın hesab etdikləri Paşinyanın Yerablurda daxil olmasını əngəlləməyə çalışıblar. 

Qeyd edək ki, Paşinyan vətəndaşları Qarabağ müharibəsinin gedişatında həlak olanların yad edilməsi məqsədilə təntənəli yürüşdə iştirak etməyə çağırıb. Dekabrın 19-dan 21-dək Ermənistanda 3 günlük matəm elan edilib. Yerevanda təntənəli yürüşün Respublika meydanından başlayaraq "Yerablur" panteonunda bitməsi planlaşdırılır.

"Satqının ayağı bu müqəddəs torpağa dəyməsin", - bu sözləri mətbuata Sisian könüllü dəstəsinin komandiri Aşot Minasyan deyib. 

"Bu, satqınların yürüşüdür. Hamını dövlət xainlərinin təntənəli yürüşünə "yox" deməyə çağırıram", - o, fikrini yekunlaşdırıb. 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı David Şahnazaryan isə jurnalistlərə müsahibəsində bildirmişdi ki, əgər Paşinyan yürüşdə təxribata əl atarsa, layiqli cavabını alacaq.

Artıq müharibədə həlak olanların qohumları, yaxınları ilə polis arasında toqquşmalar başlayıb.

Zaur
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.