Dünya

ABŞ-da fırtına riski 60 milyondan çox insanın həyatını təhlükə altına qoydu

17 Dekabr 2020 16:26
Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın şərq ştatlarında qar fırtınası təhlükəsi yaranıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, fırtına təhlükəsi Nyu-York, Pensilvaniya, Konnektikut, Merilend və digər ştatları əhatə edir. Ümumilikdə 60 milyondan çox insan Atlantik okeanı sahillərində baş verəcək fırtına səbəbi ilə təhlükə altındadır.

Rəsmi qurumlar insanlara xəbərdarlıq edib. İnsanları fırtına təhlükəsini ciddiyə almağa çağırıblar. Bəzi yerlərdə 60 santimetrədək qar hündürlüyü yarana bilər. Elektrik xətlərində və digər kommunikasiya və infrastruktur sistemlərində texniki qəzalar ortaya çıxa biləcəyi ilə bağlı ehtiyat tədbirləri görülməsi tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.