Dünya

"Paşinyanın keçirəcəyi seçki ən dəhşətli seçki olacaq" - Vazgen Manukyan

15 Dekabr 2020 16:50
Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan erkən seçkilər barədə danışıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, Manukyan gənclərlə görüşərkən bu mövzuya toxunub. O qeyd edib ki, Nikol Paşinyanın hakimiyyətə gəldiyi son seçkilər normal olub.

"O seçkiləri ədalətli və şəffaf saymaq olar. Çünki nəticə gözlənilən idi. Hamı bilirdi ki, insanlar Paşinyana səs verəcəklər. Amma indi şərait başqadır. Erkən seçkiləri Paşinyan keçirsə, ən dəhşətli seçki olacaq. Təsəvvür edin ki, siz seçkilərdən sonra getməli olduğunuzu bilirsiniz. İnsanların qutuya atdığı hər bülleten sizin əleyhinizədir. Belə olan halda məğlub olmuş və kreslodan möhkəm yapışmış ölü lider seçkilərin ədalətli olmasına imkan verərmi? Paşinyanın təşkil etdiyi son seçkilərin ədalətli olması yeni seçkilərin də belə olacağı anlamına gəlmir", - deyə bəyan edən Manukyan heç bir vəchlə yeni seçkiləri Nikol Paşinyanın keçirməsinə imkan verməyin mümkün olmadığını bildirib.

O, yeni seçkiləri özlərinin keçirməli olduqlarını əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.