Dünya

Çində 2 yük gəmisinin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər itkin düşüb - VİDEO

14 Dekabr 2020 16:33
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Yantzı çayında 2 yük gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə dekabrın 13-də gecə saatlarında baş verib. Mühərriki sıradan çıxan xarici dövlətə məxsus yük gəmisi Çin gəmisinə çırpılıb. Nəticədə göyərtəsində 16 heyət üzvünün olduğu Çin gəmisi batıb. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Dekabrın 14-ü günortayadək 3 nəfərin cəsədi, 8 dənizçi isə sağ tapılıb. İtkin düşənlərin axtarışları davam etdirilir. Axtarış işlərinə 20 gəmi və 2 helikopter cəlb olunub

Xarici dövlətə məxsus yük gəmisinin 19 heyət üzvündən heç biri xəsarət almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.