Ölkə

Hərbi paradın başlama saatı bilindi

8 Noyabr 2025 00:14
Baxış: 549
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradın başlama vaxtı məlum olub.

Milli.Az Bakivaxti.az-a istinadən xəbər verir ki, parad saat 13:00-da start götürəcək.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə keçiriləcək tədbirdə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edəcək.

Paradda həmçinin müasir hərbi texnika, silah sistemləri və aviasiya vasitələrinin nümayişi də nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.