Dünya

ABŞ G20 sammitində iştirak etməyəcək

8 Noyabr 2025 17:00
Baxış: 295
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb. O bildirib ki, niderlandlı köçkünlərin, eləcə də fransız və alman immiqrantlarının nəslindən olan afrikanerlər öldürülür, torpaqları və fermaları qanunsuz olaraq müsadirə olunur.

"Burada insan haqlarının pozulması davam etdiyi müddətcə heç bir ABŞ hökumət rəsmisi bu tədbirdə iştirak etməyəcək. 2026-cı ildə Florida ştatının Mayami şəhərində G20-yə ev sahibliyi etməyi səbirsizliklə gözləyirəm",- deyə Tramp əlavə edib.

Qeyd edək ki, G20 sammiti noyabrın 22-23-də Yohannesburqda keçiriləcək.(unikal.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.