Hadisə

Gənc qız burun əməliyyatından sonra komaya düşdü – Anestezioloqdan şok açıqlama - VİDEO

8 Noyabr 2025 00:30
Baxış: 386
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliiyatı keçirən 34 yaşlı Nigar Budaqlı düz  altı aydır yataq xəstəsidir. Hazırda kritik durumu davam edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, zərərçəkənin ailəsi əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onlar iddia edirlər ki, Nigar Budaqlı əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb.

Əməliyyatı icra edən həkim-cərrah Yaqub Əsədi ilə telefon əlaqəsi saxladıq. O, İranda  olduğunu bildirdi və suallarımızı cavablandırmaqddan  imtina etdi. Anestezioloq Cəmilə Əliyeva isə Nigar Budaqlının əməliyyatında iştirak etmədiyini deyir.

Anestezioloqun cərrahi  əməliyyatdan kənarlaşdırılmasına icazə verdiyi iddia olunan "MedAuranın" heçmiş baş həkimi  Nigar Məhəmmədova ilə də telefon əlaqəsi saxladıq. Nigar Məhəmmədova klinikaya rəhbərlik etdiyi dövrdə Cəmilə Əliyevanı yol verdiyi məsuliyyətsizliyə görə işdən kənarlaşdırdığını dedi.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.