Dünya

Arutyunyan yenidən axtarışa verildi

8 Noyabr 2025 15:21
Baxış: 294
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanın keçmiş müdafiə naziri Mikael Harutyunyana yenidən ittiham irəli sürülüb və axtarışa verilib.

Milli.Az xəbər verir ki, Harutyunyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İttihama görə, o, general-leytenant Manvel Qriqoryanın qardaşı oğluna qanunsuz mənzil verib.

Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamova və komissiyada xidmət edən digər hərbçilərə qarşı da ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Harutyunyan əvvəllər 1 mart 2008-ci il hadisələri ilə əlaqədar da ittiham olunmuşdu.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.