Dünya

15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir - Bu ölkədə...

8 Noyabr 2025 10:47
Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaq niyyətindədir.

Milli.Az xəbər verir ki, rəqəmsal texnologiya naziri Karolin Steyc Olsen bildirib ki, sosial media uşaqların "vaxtını, uşaqlığını və rifahını oğurlayır" və buna son qoyulmalıdır.

Məlumata görə, valideynlər yalnız 13 yaşdan kiçik uşaqların bəzi platformalara daxil olmasına icazə verə biləcəklər.

Qadağa Baş nazir Mette Frederiksenin uşaqların psixi sağlamlığı ilə bağlı narahatlığından sonra gündəmə gəlib.

Hazırda Danimarkalı gənclər arasında ən populyar platformalar Snapchat, YouTube, Instagram və TikTok-dur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.