Mədəniyyət

"ZƏFƏR" – 44 adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı - FOTO

8 Noyabr 2025 18:04
Baxış: 220
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xidmət,  həmçinin, vətən parçasını düşmən işğalından azad etməyin necə ülvi hiss olduğunu təbliğ etmək məqsədi ilə Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı  tarixi Zəfərin 5-ci il dönümünə həsr olunmu "ZƏFƏR - 44"  adlı yaradıcılıq müsabiqəsinin yekun Xətai Sənət Mərkəzində açıldı. 

Tədbiri giriş sözü ilə Xətai İcra Hakimiyyəti Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açaraq, tədbir iştirakçılarını salamladı və tədbirin  əhəmiyyətindən danışdı. Söz alan seçim heyəti üzvləri - Abşeron Buzovna art studionun rəssam - pedaqoqu  Fərqanə Muradlı, Bakı Şəhəri V.Mustafazadə adına 2 № Uşaq İncəsənət Məktəbinin şöbə müdiri, rəssam - pedaqoq İlham İsmayılov, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının rəssam-pedaqoqu, AY Studionun rəhbəri Akif Yarışov, Xətai Sənət Mərkəzinin baş müəllimi - rəssam Gündüz Həbibov öz ürək sözlərini bölüşdülər.

Tədbir Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə baş tutdu.

Nəzərinizə çatdıraq ki,müsabiqəyə ölkəmizim müxtəlif bölgələrindən 800-dən çox məktub daxil olmuş və təsviri sənət qabiliyyətli yeniyetmə və gəncimiz  torpaqlarımızın işğal şəraitindəki vəziyyəti, qələbədən sonrakı quruculuq işləri,   qələbənin yaratdığı əhval-ruhiyyə, ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin, xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim etmişdilər. Təqdim olunmuş əsərlər arasından seçilən 44 əsər sərgiləndi.

Tədbirin gəncliyimizin vətənpərvər ruhda yetişməsinə xidmət edəcəyinə inanırıq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.