Ölkə

Bu silah və texnikalar ilk dəfə nümayiş etdirildi - SİYAHI

8 Noyabr 2025 17:13
Baxış: 448
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Bakıda keçirilən hərbi paradda Silahlı Qüvvələrimizin istifadəsinə verilmiş bəzi yeni silah və texnikalar da ilk dəfə nümayiş olunub.

Milli.Az xəbər verir ki, Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə baş tutan paradda silahlanmaya yeni qəbul edilmiş və ilk dəfə nümayiş olunan silah və texnikalar bunlardır:

- "Hero-120" sərbəst uçan döyüş sursatları;

- "Vaşaq" xüsusi əməliyyat nəqliyyat vasitələri (Milli Müdafiə Sənayesinin məhsulu);

- "Kobra 2" zirehli tibbi təxliyə avtomobilləri:

- "HQ-9BE" uzaqmənzilli müdafiə sistemləri;

- "Kayra" dəniz kamikadze dronları.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.