Hadisə

Bakıda dönərxanada yanğın oldu - ANBAAN VİDEO

8 Noyabr 2025 15:15
Baxış: 348
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 140 kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 kv.m. olan dönərxana, sahəsi 15 kv.m. olan ət mağazası, sahəsi 25 kv.m. olan parfumeriya mağazasının yanar konstruksiyaları 10 kv.m. və sahəsi 80 kv.m. olan fotostudiyanın yanar konstruksiyaları 5 kv.m. sahədə yanıb, lambirdən ibarət tavanı 75 kv.m. sahədə əriyib.

Obyektlərin qalan hissəsi yanğından mühafizə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.