İdman

İki cüdoçumuz İslamiadada yarımfinala yüksəldi - FOTOlar

8 Noyabr 2025 17:30
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Milli.Az xəbər verir ki, 1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə, Könül Əliyeva (48 kiloqram) isə tacikistanlı Ahliya Muminovaya qalib gəliblər.

Gültac Məmmədəliyeva (52 kiloqram) 1/8 finalda uduzaraq mübarizəni dayandırıb. 1/4 finalda məğlub olan Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərə qatılacaqlar.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.