Elmdə inqilab - Möcüzəvi başlıq ixtira olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm adamları yeni doğulan körpələrdə beyin zədəsini erkən müəyyənləşdirə bilən xüsusi bir başlıq hazırlayıblar. Beyni izləmək üçün işıq və ultrasəsdən istifadə edən bu yeni cihazın dünyada ilk dəfə tətbiq olunduğu bildirilir.
Milli.Az xəbər verir ki, Böyük Britaniyanın Kembridj Universitetinin mütəxəssislərinin hazırladığı FUSION adlı başlıq ultrasəs və optik tomoqrafiya texnologiyalarını birləşdirərək körpələrin beynindəki oksigen səviyyəsini dəqiq ölçməyə imkan verir. Bu texnologiya doğuş zamanı beynin oksigensiz qalması nəticəsində yaranan və həyatı boyu əlilliyə səbəb ola bilən beyin zədələrinin erkən aşkarlanmasını hədəfləyir.
Yeni cihaz ənənəvi MRT və kranial ultrasəs müayinələrinə nisbətən daha sərfəli, daha rahat və daha tez-tez istifadə oluna bilər.
Başlıq ilk olaraq üç həftəlik Theo adlı körpə üzərində sınaqdan keçirilib. Cihaz üzgüçü papağını xatırladır və körpənin başına rahat şəkildə yerləşdirilir. Bu vasitə ilə beynin həm səthi, həm də daha dərin hissələrindəki qan dövranı və oksigen səviyyəsi yüksək dəqiqliklə izlənə bilir.
Doğuş zamanı beyinə oksigen çatışmazlığı (hipoksiya) epilepsiya, serebral iflic və digər daimi nevroloji problemlərə səbəb ola bilir. Mövcud müayinə üsulları beyin zədəsinin gələcək təsirlərini hər zaman dəqiq göstərmədiyi üçün erkən diaqnostika böyük əhəmiyyət daşıyır.
Layihə üzərində çalışan həkimlər başlığın istehsal dəyərini daha da azaltmağı planlaşdırır.
Tədqiqatçı Dr. Faure cihazın iş prinsibini belə izah edib: "İşıq sensorları beynin üst qatındakı oksigen dəyişikliklərini izləyir. Buna yüksək sıxlıqlı optik tomoqrafiya deyilir. Funksional ultrasəs isə beynin daha dərin hissəsindəki kiçik damarların görüntülənməsinə kömək edir."
Cihazın ən mühüm üstünlüklərindən biri də daşına bilən olmasıdır. Beləliklə, körpə xəstəxana avadanlıqlarına aparılmadan, öz beşikdə və rahat şəkildə mütəmadi şəkildə nəzarətdə saxlanıla bilir.
Beyin cərrahı Dr. Alexis Joannides isə cihazın ənənəvi MRT müayinələrinə nisbətən bir sıra üstünlüklərə malik olduğunu bildirib: "MRT həm baha başa gəlir, həm də çox vaxt tələb edir. Üstəlik körpəni səs-küylü cihazda uzun müddət saxlamaq lazımdır ki, davamlı nəzarət üçün bu, mümkün olmur. Halbuki, doğuşdan sonrakı ilk həftələrdə beyin hər gün dəyişir. Mütəmadi görüntüləmə çox böyük üstünlükdür."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
XƏBƏR LENTİ
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)





