Dünya

AŞPA-nın qış sessiyası hibrid formatda keçiriləcək

11 Dekabr 2020 19:44
Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası 25-28 yanvar 2021-ci il tarixlərində hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, AŞPA üzvlərinə qış sessiyasında uzaqdan və ya Strasburqda şəxsən iştirak etmək imkanı yaradılacaq.

Qış sessiyası zamanı Avropa Şurası baş katibinin müavini, assambleyanın sədri, Yunanıstan və İsveçrə üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron səsvermə yolu ilə keçiriləcək. Bundan əlavə, Almaniyanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində Almaniyanın xarici işlər naziri Hayko Maas assambleyada çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.   

Sessiyanın əsas debat mövzularından biri COVID-19 peyvəndi ilə bağlı etik, hüquqi və praktik düşüncələr olacaq. Həmçinin Gürcüstanda parlament seçkiləri ilə bağlı hesabat, Polşada və Moldovada hakimlərin müstəqilliyi və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə məsələlər müzakirə olunacaq. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.