Dünya

ABŞ bu 10 ölkəni din azadlığını pozanlar siyahısına saldı

8 Dekabr 2020 18:28
Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Qanununa əsasən, 10 ölkəni "sistematik, davamlı, qorxu ilə din azadlığını pozan ölkələr" siyahısına daxil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət katibi Mayk Pompeo məlumat verib. O, sözügedən siyahıya Myanmar, Çin, Eritreya, İran, Nigeriya, Şimali Koreya, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanın daxil edildiyini bildirib.

Pompeo sözügedən siyahıdan Özbəkistan və Sudanın çıxarıldığını vurğulayıb.

Bundan əlavə, Rusiya, Komor adaları, Kuba və Nikaraquanın xüsusi izləmə siyahısında olduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.