Dünya

ABŞ-ı gözləyən DƏHŞƏTLİ FƏLAKƏT - 400 min insan ölə bilər

7 Dekabr 2020 20:36
Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər Kaliforniyada yağışlı mövsümün başlaması ilə nəticələri ABŞ-ın qərb sahilləri üçün ənənəvi olan zəlzələ və meşə yanğınlarından daha ciddi "meqa fırtınası"nın başlaya biləcəyini təxmin edirlər.

Milli.Az xəbər verir ki, mütəxəssislər fəlakətin əyalət əhalisinin yüzdə birinin və ya 400 min insanın ölümünə səbəb olacağı və ABŞ tarixinə ən böyük təbii fəlakət kimi düşəcəyi barədə xəbərdarlıq ediblər.

Kaliforniyada şiddətli yağışların bir ay davam edəcəyi təqdirdə bölgədəki ən böyük şəhərlərin hər birinin beş metrlik su qatının altında qalacağı vurğulanıb.

Həmçinin, San-Fransisko, Los-Anceles, San-Dieqo və Sakramento kimi şəhərlərin fəlakətlə qarşılaşacağı, sürüşmənin olacağı, böyük bəndlərin çökəcəyi və əkinçilik sahələrinin ciddi şəkildə zərər görəcəyi bildirilib.

Qeyd edək ki, 1861-1862-ci illərdə Kaliforniyada baş verən "meqa fırtınası" rekord sayda itki və dağıntıya səbəb olub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.